20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Füzuli Məmmədov: “Hücumda daha aqressiv olmalı idik”

"İndiki vəziyyətdə futbolçuları psixoloji cəhətdən oyuna kökləmək çətin olur. Bunun üçün əlimizdən gələni etmişdik. Düşünürəm ki, komanda üzvləri onlara verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 8-ci turunda "Sumqayıtl"la oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan görüşü belə dəyərləndirib: "Rəqibi analiz edib planımızı qurmuşduq. Sadəcə, hücumda bir az kəsərsiz idik, daha aqressiv olmalı idik. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, amma penaltidən qol buraxıb məğlub da ola bilərdik. Həmin epizodda qapıçımız yaxşı oynadı, onu təbrik edirəm. Artıq qarşıdakı matça hazırlaşacağıq”.

Füzuli Məmmədov əvvəlki oyunlarla müqayisədə taktiki düzülüşdə dəyişiklik etdiyini rəqibin “Sumqayıt” olması ilə əlaqələndirib: “Taktika rəqibə uyğun qurulmuşdu. Oyun ərzində bizim və rəqibin 100 faizlik qol epizodunu xatırlamıram. Müdafiədə yaxşı oynadıq, amma penalti epizodunu hələ görməmişəm və heç nə deyə bilmərəm. Hazırda hər birimizin, bütün futbolçularımızın fikri, ürəyi cəbhədədir. Şəhidlərimizə görə məyus oluruq, amma cəbhədən gələn hər qələbə xəbərinə görə çox sevinirik. Ümid edirəm, tezliklə qələbə qazanacağıq, hər şey qaydasına düşəcək və biz də fikrimizi tam olaraq oyunlarımıza yönəldəcəyik”.

Kapitan Emin Mahmudovun oynamamasının səbəbini açıqlayan baş məşqçi Namik Ələsgərovun hücumda yaxşı təsir bağışladığını bildirib: "Start heyətində hücumameylli futbolçularımız çox idi, üstəlik, ampluaları müdafiəçi olan cinah oyunçularımız da hücumlara qoşulurdular. Sona yaxın hücum xəttini bir az da gücləndirdik, amma qol epizodlarımız az oldu. Çünki rəqib də çox futbolçu ilə müdafiə olunurdu. Emin Mahmudov dünənki məşqdə yüngül zədə aldığı üçün risk edib onu meydana buraxmadıq. Namik ilk dəfə mərkəz hücumçusu kimi oynadı və ondan razı qaldım”.

“Neftçi”nin çalışdırıcı Prins İbranın geridə qalan müddətdə komandaya fayda verməməsi ilə bağlı sualı belə cavablandırıb: “Haqlısız, Prins İbara hücum xəttini gücləndirmək üçün böyük ümidlərlə transfer olunub, amma o, xəstəlikdən yeni sağalıb. Məşqlərə başlayıb komanda üçün effektli olmalıdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30