28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aftandil Hacıyev: “Baş məşqçinin dəst-xətti olan komandaya qarşı oynayırdıq”

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın VIII turunda "Zirə"ylə səfərdə qolsuz bərabərliklə nəticələnən matçdan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, ilk olaraq oyunu dəyərləndirib:

- Həm Türkiyədə, həm də Bərdədə yaşanan faciəyə görə dünyalarını dəyişənlərinə Allahdan rəhmət diləyirəm. İnanırıq ki, torpaqlarımzı yaxın günlərdə tam qaytaracaqlar. Ordumuza qüvvət diləyirəm. Bilirdik ki, sintetik qazondan sonra təbii ota keçmək çətin olacaq. Hər iki komanda əzmkar mübarizə apardı. İlk hissədə yaxşı qol epizodlarımız oldu. Fasilədən sonra rəqib üstünlüyü əldə etməyi bacardı. Nizam-intizamlı, baş məşqçinin dəst-xətti olan komandaya qarşı oynayırdıq. Hər oyun çətin keçir, hər kəs bir-birindən xal ala bilər. Çalışacağıq ki, bu mübarizədən qopmayaq Getdikcə oyunumuz yaxşılaşması yuxarı pilləyə qalxacağımıza ümid edirəm. Əvvəlki matçlarla müqayisədə bu gün müdafiəmiz yaxşı oynadı, qol buraxmadıq. Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm.

- 4 oyuna 6 xal yaxşdı. çox yaxşıdı, yoxsa..?

- Çox yaxşı desək, səmimi olmaz. Futbolçulardan razıyıq. Daha çox xalımız da ola bilərdi, az da. Bizim üçün əsas oyunumuzu inkişaf etməkdi. Bunu kənardan sezmək çətin deyil. Bu gün heyətimiz istənilən rəqabətə malik deyil. Ancaq həvəsdən düşmürük, pozitiv düşünürük. Gənc futbolçularımız belə oyunlarda "bərkiyirər". Fikirmiz yerli futbolçuları inkişaf etdimək, miliyə qazandırmaqdı. Bu gün Rauf Əliyevi milliyə çağırmaq pis olmazdı. Olduqca mübariz keyfiyyətə malikdi. Millidə belə oyunçuya ehtiyac var. Başqa təcrübəli futboçularımız var ki, miliyə çağırıla bilərlər.

- Sizin üçün hansı mövqedə çatımazlıq var?

- Bunu demək istəməzdim ki, həmin mövqedə hörmətsizlik osun. Sadəcə, rəqabəti artırmaq istərdik. Bu heyətlə də həvəsdən düşmürük (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31