24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Elmar Baxşıyev: “İndi daha tez-tez qələbə qazanacağıq”

“Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın VIII turunda "Sabah"a evdə 2:1 hesabıyla qalib gəlidkləri oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 40 yaşlı mütəxəssis komandasının cari mövsümdəki ilk qələbəsini belə dəyərləndirib:"Komandanı həm məşqlərə, həm də oyuna kökləmək çətindir. Bütün düşüncələrimiz Ordumuzla bağlıdır. Ümid edirik ki, tezliklə bütün ərazilərimizi azad edəcəyik. Oyuna gəlincə, bizə qələbə çatmırdı. Nəhayət, bu sindromu qıra bildiyimizə görə sevinirəm".

Baxşıyevin fikrincə, artıq komandaya psixoloji cəhətdən asan olacaq: “Qələbə qazana bilməməyimiz mövsümün gedişində komplektləşməyimizlə əlaqədardır. Əvvəldən də komandamdan razı idim. Hər matçda 4-5 imkan qazandıq. Bunun reallaşması "axsayırdı". İnanıram ki, indi daha tez-tez qələbə qazanacağıq".

Baş məşqçi əsas qapıçısı Anar Nəzirovun da zədəsindən danışıb: "Bunu MRT müayinəsindən sonra dəqiq biləcəyik. Qapıçılar arasında fərq qoymuram" (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30