16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Sabah”ın baş məşqçisi: “Görüşün sonunda məğlubiyyətdən qaça bilərdik”

“Sabah”ın baş məşqçisi Visente Qomes Premyer Liqanın VIII turunda "Qəbələ"yə səfərdə 1:2 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, ispan məşqçi komandasının yenilgisini belə şərh edib:

“İlk hissədə topa nəzarət etdik. Ancaq ilk 45 dəqiqədə və ikinci hissənin əvvəlində qol buraxdıq. Ardından azlıqda qaldıq. Bundan sonra 1 qol vursaq da, bu, az oldu. Fasiləyədək qol vurmaq şansımız oldu. Amadu təkbətək çıxanda fərqləndirə bilərdi. İkinci hissədə rəqib də qol vura bilərdi. Bu, pis dinamikadı və belə bir vəziyyətdə çətinlik çəkirik”.

Qomes komandasının ardıcıl 5-ci məğlubiyyətindən sonra mümkün istefa məsələsinə də toxunub:

"Açıq deyəcəm, futbolçular və rəhbərlik məni görmək istəməsələr, ortaq məxrəcə gələcəyik və gedəcəm. Komandanı böhrandan çıxara bilərəmmi? Son 3 qarşılaşmaya baxsaq, o qədər də pis oynamadıq. "Səbail" və ya "Keşlə" ilə oyunu götürsək, razıyam, pis oynadıq. "Sumqayıt"a qalib gələ bilərdik. Bu gün futbolçular çox çalışdılar. Görüşün sonunda məğlubiyyətdən qaça bilərdik. Bu vəziyyətdən çıxmaq üçün qələbə qazanmaq lazımdı" (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30