29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"nin legioneri milliyə bəstəboy olduğu üçün çağırılıb

Qvineya millisinin baş məşqçisi Didye Siks "Neftçi"nin futbolçusu Mamadu Kaneni Afrika Millətlər Liqasının Çadla oyunlarına çağırmasının səbəbini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, fransalı mütəxəssis 23 yaşlı yarımmüdafiəçiyə boyunun uca olmaması səbəbindən dəvət göndərdiyini söyləyib.

O hesab edir ki, süni örtüklü meydanda keçiriləcək görüşdə Kane daha effektli ola bilər: "Qarşıdakı matçda yerlə oyuna üstünlük verəcəyik. Bəlkə də Kanenin milliyə dəvəti bununla bağlıdır. Çünki onun boyu qısadır və bu, süni örtükdə oyunçu üçün üstünlük yaradır. Fikrimcə, Kane bu cür meydanda maraqlı seçim ola bilər. İbrahima Kamaranı isə ucaboy olduğu üçün yığmaya çağırmadım".

Qeyd edək ki, Qvineya millisi 11 oktyabr və 15 oktyabrda Çadla iki oyun keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31