19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AFFA-nın müraciətindən sonra erməni futbolçuya xəbərdarlıq edildi

Slovakiya Super Liqasının 9-cu turu çərçivəsində oktyabrın 3-də keçirilmiş “Jilina” - “Streda” oyununda meydan sahiblərinin üzvü Vahan Bichakhchyan qol sevinci zamanı oyun geyiminin altındakı futbolkanun üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirmişdi.

Futbolxeber.az saytının məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Slovakiya Futbol Assosiasiyasına məktub ünvanlanmış, mövcud qaydalara əsasən futbol oyunları zamanı hər hansı siyasi şüarların səsləndirilməsi və ya nümayişinin qadağan olunduğu qeyd edilmişdi.

Bu gün Slovakiya Futbol Assosiasiyası tərəfindən AFFA müraciətinə cavab verilib. Məktubda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə Slovakiya Futbol Assosiasiyasının İntizam Komitəsi tərəfindən baxılıb və futbolçu Vahan Bichakhchyana yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək xəbərdarlıq elan olunub.

Xatırladaq ki, UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət etmiş, UEFA-nın məsələni araşdırmağa başlamasından sonra M.Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30