7 Iyul 2025, Bazar ertəsi
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

“Zirə” - “Səbail”: 13-cü duel

Bu həftə Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, “Zirə” 8-ci turun oktyabrın 31-də keçiriləcək oyununda “Səbail”i qəbul edəcək.

İlk dövrədə rəqibini 2:1 hesabı ilə məğlub edən bu komanda ümumilikdə 13-cü dəfə “dənizçilər”lə üz-üzə gələcək.

Komandalar indiyədək Premyer Liqa çərçivəsində 12 dəfə qarşılaşıb. Bu duellərdə üstünlük “Zirə”nin tərəfindədir. 7 qələbəsi olan komanda 2 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 17 top keçirən “Zirə” 8 qol buraxıb.

“Zirə”nin üstünlüyü evdə keçirilən görüşlərdə də əksini tapıb. Doğma meydanda 5 qarşılaşmada 2 qələbə və 2 heç-heçəsi olan “qartallar” yalnız 1 dəfə uduzub. Top fərqi də zirəlilərin xeyrinədir - 8:5.

Qeyd edək ki, “Zirə” “Səbail”ə qarşı keçirdiyi son üç matçda qələbə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31