7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

Karlos Bakka: "Qarabağ"la oyun bizim üçün vacibdi"

"Vilyarreal"ın futbolçusu Karlos Bakka Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, matçdan əvvəl keçirilən mətbuat konfransında bunları deyib:

"Bu, bizim üçün vacib oyundu. Gündəlik işimizi bu oyunda əks etdirməliyik. Fikrimizdə olan tək şey, qrupdan çıxmaqdı. Məqsədimizə çatmaq üçün qələbə qazanmalıyıq. Avropa Liqasında uğurlar qazanmaq istəyirik".

Xatırladaq ki, "Qarabağ" - "Vilyarreal" görüşü sabah Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda olacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31