19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Subotiç: "Oynamaqla bu çatışmazlığı qısa müddətdə aradan qaldıra bilərəm"

Mövsümlərarası fasilədə "Qəbələ"nin heyətinə qatılan, lakin keçmiş klubu "Volın"ın (Ukrayna) keçidin rəsmiləşməsinə əngəllər törətməsi səbəbindən "qırmızı qaralar"ın heyətinə debütü reallaşmayan Daniel Subotiç FİFA-nın məsələyə qarışmasından sonra rəsmən əyalət təmsilçisinin futbolçusuna çevrilib. Kollektivə qatıldığı gündən məşqlərə ara verməyən hücumçu özünü meydançaya çıxmağa hazır sayır. Daim həvəslə məşq etdiyini deyən Subotiç gabalafc.az-a açıqlamasında şans gözlədiyini bildirib: "Qəbələ"yə gəldiyim gündən məşqlərə ara verməmişəm. Daim hər matçda oyuna çıxacaq kimi hazırlaşmışam. Bu səbəbdən də hər zaman meydançaya çıxmağa hazıram. Növbəti oyunlarda şansımı gözləyəcəm. Düzdür, oyun praktikasında komanda yoldaşlarımdan geri qalıram. Amma oynamaqla bu çatışmazlığı qısa müddətdə aradan qaldıra bilərəm. Heyətdəki futbolçuları yaxşı tanıyıram, bir-birimizə uyğunlaşmışıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30