7 Yanvar 2026, Çərşənbə
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi
“Qarabağ” hazırlıqlara start verdi

Ölkə futbolu

Qurban Qurbanov: “Türkiyədə oynamaq üçün israr etdik”

"Qarabağ"ın baş məşqçisi Qurban İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Vilyarreal"la görüşü Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib:

"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik".

Xatırladaq ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda olacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31