24 Noyabr 2020, Çərşənbə axşamı
“Sabah” “Səbail”i məğlub etdi
Azərbaycan çempionatlarında ilk dəfə
“Neftçi” və “Zirə”dən qələbə
Baxşıyev: “Yalnız qol çatmır”

Ölkə futbolu

Azərbaycan Premyer Liqasının ən gənc komandası

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 67 çempionatında bu mövsüm meydana çıxan komandaların orta yaş həddini müəyyənləşdirib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında ilk 6 turun oyunları nəzərə alınmaqla, ən gənc komanda "Sumqayıt"dır .

"Kimyaçılar"da orta yaş həddi 25,6 olub. "Zirə" (25,9) 2-ci, "Qəbələ" (26,3) 3-cü, "Səbail" (26,3) 4-cü, "Neftçi" (26,4) 5-ci, "Qarabağ" (27) 6-cı, "Keşlə" (27,5) 7-ci, "Sabah" (27,6) isə 8-cidir.

Böyük "5-lik" çempionatlarında ən gənc komanda orta yaş həddi 24.5 olmaqla "Milan"dır.  Dünyanın ən gənc kollektivi isə Latviyanın “Metta” klubu olub - 20,7.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 5-ci turundakı "Qarabağ" - "Səbail" matçı təxirə salındığı üçün hər iki komandanın nəticələri 5 oyuna əsasən hesablanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2020
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30