Ölkə futbolu
Rəşad Sadıqov: "Qarabağ"ın start heyətini görəndə təəccübləndim"
"İlk növbədə Ordumuzun uğurları ilə bağlı xalqımızı təbrik edirəm. Allah onları qorusun. Şəhidlərimizə rəhmət diləyirəm".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 7-ci turunda evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, oyun gərgin keçib: "Qarabağ"ın yorğun olacağını düşünürdük. Amma meydanda sürətli rəqib gördük. Onları saxlamaq üçün bəzi taktiki gedişatlar etdik. Əslində 1-2 epizodda qol vura bilərdik. Daha dəqiq olsaydıq, hesabı aça bilərdik. Amma ikinci hissədə üstünlük rəqibin tərəfində idi. Heç-heçə bizim üçün yaxşı nəticədir".
R.Sadıqovun sözlərinə görə, hər bir məşqçi üçün rəqib komandanı yaxşı tanımaq üstünlükdür: "Amma bu həftə bir az çətinlik yaşadım. Rəqibin hansı heyətlə oynayacağını bilmirdim. "Qarabağ"ı daha az analiz etmişdim".
Baş məşqçi futbol oynadığı vaxtlarda da emosional olduğunu deyib: "Düşünmürəm ki, futbolçulara pis təsir edir. Gələcəkdə məşqçi kimi bu qədər danışmağı düşünmürəm. Belə rəqiblə matçlarda oyunçularda psixoloji təzyiq olur. Danışmaqla onları tonusda saxlamağa çalışıram".
R.Sadıqov cari çempionatın çətin keçəcəyini söyləyib: “Çempionatımızdakı 5 aylıq fasiləyə baxmayaraq, oyunlar gərgin keçir. İddialı komandaların sayı çoxdur. Yaxınlarımla belə, danışanda deyirəm ki, son illərin ən çətin çempionatı olacaq. İki komanda çempionluğa oynayır. Digərləri isə avrokuboklar üçün mübarizə aparır".
Gənc mütəxəssis "Qarabağ"la oyunun start fitinədək fərqli hisslər yaşadığını vurğulayıb: "Amma hakimin fitindən sonra ancaq öz komandanın qələbəsi barədə fikirləşdirdim. Çempionatımızda hər bir komandaya simpatiyam var. Amma indi yalnız öz uğurlarımız üçün çalışırıq".
Sadıqov rəqibin meydana ikinci heyətlə çıxacağını gözlədiyini bildirib: "Bu gün Qurban Qurbanovun Xayme Romero ilə Patrik Andradeyə istirahət verəcəyini düşünürdüm. Çünki qarşıda avrokubok oyunları var. Amma heyəti görəndə təəccübləndim. Bu gün gücümüz çatdığı qədər mübarizə apardıq".
O, mübahisəli epizodlar barədə isə bunları söyləyib: "İlk turda "Qəbələ" ilə matçda açıq-aşkar penalti olduğunu gördüm. Amma bu dəfə vəziyyət fərqlidir. İndi burada hansısa epizodu müzakirə etmək ədalətli olmaz. Çünki çox uzaq idim".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
04.10.2026
03.10.2026
02.10.2026
























