2 Yanvar 2026, Cümə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Ölkə futbolu

"Ürəklə ordumuzun yanındayıq”

“Futboldan yox, Ordumuzdan və qazandığı uğurlardan danışmaq istəyirəm. Bu, bizləri sevindirir. İnanırıq ki, millətimizi hər gün sevindirəcəklər və bizim torpaqlarımızı geri alacaqlar. Qəlblə və ürəklə onların yanındayıq. Allahdan onlara dua edirik, şəhidlərimizə Allah rəhmət eləsin".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Fərqli hissələr izlədik. Ümumi götürəndə komandanın nümayiş etdirdiyi oyunundan məmnunam. Futbolçular görmək istədiyim oyunu göstərir. Sadəcə, epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, qarşıdakı matçlarda bunları da aradan qaldırıb qələbələrimizi qazanacağıq. Hər oyunda 4-5 yüzfaizli qol imkanları yaradırıq. Psixoloji təzyiqi hiss etmirik. Komanda bunu yaradırsa, deməli, hər şey qaydasındadır. Həmin epizodlarda bir az soyuqqanlılıq çatmır. İnanıram ki, bu da qaydasına düşəcək. Oyunu hissələrə böldüm. İlk 20 dəqiqəni yaxşı keçirdik, ilk yarının davamı və ikinci hissənin əvvəli oyunumuz bir az qaydasında getmədi. Sonra futbolçular toparlandı və öz oyunumuzu nümayiş etdirməyə başladılar”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31