24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Neftçi”nin keçmiş futbolçuları İlham Əliyevə müraciət etdilər

“Neftçi” futbol klubunun Rusiyada yaşayan keçmiş futbolçuları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Futbolxeber.az saytının məlumatına görə, veteran futbolçular tezliklə Azərbaycan bayrağının Şuşada dalğalanacağına inandıqlarını bildiriblər:

“Hörmətli İlham Heydər oğlu!

Biz, “Neftçi” futbol klubunun Rusiyada yaşayan veteranları, 30 il əvvəl işğal olunmuş torpaqlarımızın rəşadətli, müzəffər Azərbaycan ordusu tərəfindən azad edilməsini diqqətlə izləyirik. Xilaskar həmyerlilərimizlə fəxr edir, sülh və ədalətin təntənəsi üçün öz oğullarını müqəddəs savaşa yola salmış analarla birgə həyəcan keçiririk.

İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın üçrəngli bayrağı tezliklə Qarabağda, onun mirvarisi Şuşada dalğalanacaq, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir qarabağlının evində sülh bərqərar olacaq!

SSRİ idman ustaları:

Tofiq Abbasov

Rafiq Əli-Zadə

Rinat Kamalitdinov

Rafiq Quliyev

Vyaçeslav Lyoqkiy

Nikolay Smolnikov

İqor Çeremisov

Vitali Şevçenko”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30