19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rəhim Sadıxov: "Torpaqlarımızın işğalda olması mənə çox pis təsir edirdi"

Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Rəhim Sadıxovun müsahibəsi

- İlk dəfə yığmaya çağırıldığınızı biləndə hansı hissləri keçirdiniz?

- Bir azərbaycanlı futbolçu kimi ən böyük arzularımdan biri əsas millinin formasını geyinmək idi. Bunu futbola başladığım dövrdən həmişə arzulayırdım. Təəssüf ki, karyeramın ilk illəri Rusiyada keçidiyi üçün bu istəyim gerçəkləşməmişdi. Amma orada oynadığım zamanlarda belə yığmada çıxış etmək barədə düşünürdüm. İlk dəfə milliyə dəvət aldığımı eşidəndə fərqli, yaxşı hisslər keçirdim. Bunu sözlə ifadə etmək mümkün deyil.

- Azərbaycan yığmasında debütünüz yaxşı alındı. Komanda səfərdə Kipri məğlub etdi. Yığmadakı ilk oyununuz barədə nə deyə bilərsiniz?

- Deməzdim ki, debütüm uğurlu alındı. Sadəcə, komanda qələbə qazandı. Həmin matçda əla oynadığımı düşünmürəm. Hardasa, orta səviyyədə çıxış etdim. Qalib gəlməyimiz oyunumu bir qədər ön plana çıxardı.

- Kiprlə matçda göstərdiyiniz oyunu Monteneqro ilə qarşılaşmada görmədik. Bu, nə ilə bağlı idi?

- Çünki meydan qorxunc vəziyyətdə idi və oynamaq mümkün deyildi. Səhvə qədər görüş qarşılıqlı top itkiləri ilə davam etdi. Daha sonra biz səhvlərə yol verdik, rəqib isə bundan maksimum yararlandı. Meydan sahibləri səhvsiz oynamağa çalışdılar və nəticədə qələbə qazandılar. Əslində heç-heçəlik oyun idi.

- Bəs Kiprlə qolsuz bitən oyunda qələbə üçün nə çatmadı?

- Özünüz də gördünüz ki, çoxsaylı qol imkanlarımız oldu. Sadəcə, dəyərləndirə bilmədik. Fikrimcə, qalib gələ bilərdik. 2 vacib xal itirdik.

- "Sumqayıt" 6 turdan sonra Premyer Liqada liderdir. Mövsümün əvvəlində heyətdə kifayət qədər ciddi dəyişikliklər oldu. Buna baxmayaraq, komanda yenə baxımlı oyun göstərir. Uğurun sirri nədədir?

- "Sumqayıt" bu gün liderdirsə, bunu ilk növbədə, Ayxan Abbasova borcludur. Baş məşqçi yaxşı kollektiv yaratmağı və futbolçularda özünəinam formalaşdırmağı bacarır. Hətta o, heç vaxt yüksək liqada, əsas heyətdə oynamamış futbolçunu belə, öz gücünə inanmağa məcbur edir. Əla komandamız var. Bu amil uğurlu çıxışımızın əsas səbəbidir.

- Son turda "Zirə"ni 2:1 hesabı ilə məğlub edib zirvəni ələ keçirdiniz. Həmin qarşılaşmanı necə şərh edərdiniz?

- Yaxşı oynadıq və qələbə qazandıq. Açığı, liderlikdən danışmaq hələ tezdir. Çünki cəmi 6 tur geridə qalıb və ikinci pillədəki komanda ilə 1 xal fərqimiz var. Ümumiyyətlə, çempionatda aşkar lider və autsayder yoxdur.

- "Sumqayıt" birinci dövrənin son turunda "Sabah"ın qonağı olacaq. Rəqib son 3 oyunda uduzub...

- Hansı rəqiblə oynamağımız önəmli deyil. Biz bütün matçlara eyni cür hazırlaşır və final görüşü kimi baxırıq. "Sumqayıt" üçün lider və ya autsayderlə oynamağın fərqi yoxdur. Hər oyunda bütün gücümüzü ortaya qoymalıyıq.

- Son günlər Azərbaycan xalqının ürəyi Qarabağda döyünür. Uzun illər Rusiyada yaşamış biri kimi, sizin bu münaqişə ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Bu günədək Azərbaycanın 20 faiz torpağı işğal altında idi. Bu, azərbaycanlı kimi mənə çox pis təsir edirdi. Amma artıq güclü dövlətə çevrilmişik. Cəbhə xəttində uğurlu əməliyyatlar nəticəsində torpaqlarımız azad olunur. Bu, bizi sevindirməyə bilməz. Ümid edirəm ki, tezliklə qələbə çalacağıq.

- Döyüş meydanın uğursuzluğa düçar olan ermənilər mülki əhalini hədəfə alır. Oktyabrın 17-də düşmənin Gəncəyə raket zərbəsi nəticəsində 14 nəfər ölüb, 55 nəfər isə yaralanıb. Bu məsələyə münasibətiniz necədir?

- Ermənilərin dinc əhalini bombalaması daha dəhşətlidir. Bu, terror hadisəsidir. Dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verir, yaralılara isə şəfa diləyirəm ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30