23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rza Çalımbay: "Qarabağ"la harada oynamağımızın fərqi yoxdur”

"Qrupdakı ən çətin matçımız bu görüş olacaq. Amma ilk görüşlər də hər cür nəticə ola bilər. "Vilyarreal" qrupun favoritidir. Ancaq biz də qrupu ikinci pillədə tamamlamaq üçün əlimizdən gələni edəcəyik. Rəqib yaxşı oynayır və əla formadadırlar. Heyətləri və baş məşqçiləri mükəmməldir. Müdafiə olunmaq istəmirik. Mübarizə aparmalı, topla oynamalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Vilyarreal" oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, UEFA-nın Dağlıq Qarabağ münaqişəsinə görə "Qarabağ"ın ev oyununu neytral meydana salmasına da münasibət bildirib: "Müharibəyə nifrət edirəm. Burada əsas olan futbol deyil, müharibənin bitməsidir. Hər şeydən əvvəl baş verənlər üzücüdür. Ortaq məxrəcə gələ bilmirlər, atəşkəs elan olunmur. Harada oynamağımızın fərqi yoxdur. Həm ev, həm səfər matçlarına final görüşü kimi çıxacağıq. Bilirsiniz ki, Azərbaycanla qardaşıq".

Qeyd edək ki, bu gün keçiriləcək "Vilyarreal" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30