28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ"la matçda heç bir bəhanə qəbul edilməyəcək"

"Azarkeşsiz oynamaq çətindir, xüsusən də Avropa Liqasının bu cür oyunlarında. Amma vəziyyət belədir. Avrokuboklarda yolumuza davam etmək üçün meydanda əlimizdən gələni etməliyik. Bacardığımız qədər irəli getmək niyyətindəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri İsrailin "Makkabi" komandasının futbolçusu Dor Perets Avropa Liqasının qrup mərhələsinin birinci turunda Tel-Əvivdə "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

Koronavirusdan sağalan 25 yaşlı israilli yarımmüdafiəçi infeksiyanın komandaya çox təsir etdiyini bildirib: "Artıq geri qayıtmağın və komandanın uğur qazanması üçün ən yaxşısını etməyin vaxtı gəlib. Hazırda özümü əla hiss edirəm. Ən yaxşı formaya qayıtmaq üçün əlimizdən gələni etdik. Rəsmi oyuna çıxmamışıq, bütün oyunçular koronavirusa yoluxmuşdu. Amma bu bəhanə deyil. Matç tamam başqadır. Çünki oyunun dinamikası məşqlərdən fərqlidir. Amma əvvəl dediyim kimi sabah heç bir bəhanə qəbul olunmayacaq".

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31