Ölkə futbolu
Sezar Meza Kolli: “Artıq çəkim yoxdur, oynamağa hazıram”
"Keşlə" klubuna üçüncü dəfə qayıdan paraqvaylı futbolçu Sezar Meza Kollinin müsahibəsi
- Komandaya mövsümün əvvəlində qoşulacağınız gözlənilsə də, bu, bir qədər gec baş verdi. Səbəb nə oldu?
- Bundan əvvəl də dediyim kimi, Azərbaycanı çox sevirəm. Bura mənim ikinci evimdir. Amma eyni zamanda mən peşəkar futbolçuyam. İlk növbədə, Rumıniyanın "Universitatya" (Krayova) klubu ilə problemimi həll etməli idim. Onlarla 1 illik müqaviləm qalmışdı. Məsələ həllini tapdı və mən artıq "Keşlə"dəyəm.
- Maraqlıdır, "Universitatya" ilə məsələni necə yoluna qoydunuz?
- Oturduq, danışdıq və müqaviləni qarşılıqlı razılıq əsasında pozduq.
- Çoxdandır məşq etmirdiniz. Fiziki durumunuz necədir: Artıq çəkiniz var?
- Bəli, bir neçə aydır kollektiv hazırlıqda iştirak etmirdim. Dünən "Keşlə" ilə ilk məşqimə çıxmışam. Özümü yaxşı hiss edirəm. Artıq çəkim yoxdur, oynamağa hazıram. Çünki fərdi qaydada məşq edirdim.
- Azərbaycan millisinə cəlb olunmağınızla bağlı danışıqlar gedirdi. Milliləşmə üçün FİFA-ya müraciət edilmişdi. Bu məsələ nə yerdədir?
- Bununla bağlı elə də çox məlumatım yoxdur. Açığı, indi daha çox "Keşlə"dəki oyunuma köklənmək istəyirəm. Nəyin necə olacağını zaman göstərəcək.
- "Keşlə"də baş məşqçi dəyişikliyi oldu. Tərlan Əhmədovla yollar ayrıldıqdan sonra komanda Yunis Hüseynova həvalə olundu. Bu dəyişiklik barədə nə düşünürsünüz?
- Yenidən "Keşlə"də olduğum üçün şadam. Yeni baş məşqçi ilə işləyəcəyik. Onu deyə bilərəm ki, Yunis Hüseynov barədə hamıdan ancaq xoş sözlər eşitmişəm. Ümid edirəm ki, birlikdə yaxşı işlər görəcəyik.
- Bakıya qayıtdıqdan sonra Yunis Hüseynovla söhbətiniz olub?
- Bəli, dünən aramızda kiçik söhbət oldu. Məni çox yaxşı tanıdığını və komandaya xeyir verə biləcəyimi dedi. Bildirdi ki, ilk gündən məni komandasında görmək istəyib. Baş məşqçinin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Hər zaman meydana çıxıb, komandama kömək etməyə hazıram (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:00
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
09:34
“Turan Tovuz” “Zirə”yə qarşı
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
19.09.2026
18.09.2026
17.09.2026
























