29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ" "Milan", "Qalatasaray" və "Çelsi" ilə eyni turnirdə

“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası bu gün səhər saatlarında IV Vodafone Beynəlxalq Futbol Turnirində iştirak məqsədilə Antalyaya yollanıb. Futbolxeber.az-ın məlumatına görə, artıq ənənə halını almış turnirdə bu “qırmızı-qaralar”ın 4-cü iştirakıdır. FİFA bayrağı altında keçirilən Vodafone kubokunda Avropanın tanınmış klubları - “Bavariya”, “Milan”, “Çelsi”, “Vilyarreal”, “Galatasaray”, “Fənərbaxça”, “Beşiktaş” birincilik uğrunda yarışacaqlar. İlkin mərhələdə komandalar 4 kollektivdən ibarət qruplarda mübarizə aparacaqlar. Bu mərhələdə “Qəbələ” “H” qrupunda “Bursaspor”, “Kosova SDC – İFA” və “Kızılcahamamspor”la üz-üzə gələcək. Turnirin aşılış günündə - 31 martda təmsilçimiz iki matç keçirəcək. “Qəbələ” öncə “Bursaspor”, daha sonra isə “Kosova SDC – İFA” ilə münasibətlərinə aydınlıq gətirəcək. Aprelin 1-də isə “qırmızı-qaralar” qrup mərhələsinin son oyununda “Kızılcahamamspor”la qarşılaşacaq. 

 
Xatırladaq ki, ilk dəfə 2010-cu ildə iştirak etdiyi turnirdə təmsilçimiz turnirin ən ümidverici komandası seçilmişdi. 2011-ci ildə isə "Qəbələ" turniri 7-ci sırada tamamlamışdı. Ötən il təmsilçimiz nəticəsini bir qədər də yaxşılaşdıraraq yarışı 5-ci pillədə yekunlaşdırmışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31