18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rəşad Sadıqov: "İkinci hissə komandamın üstünlüyü ilə keçdi”

"Dövlətimizi, ordumuzu cəbhədəki qələbələr münasibətilə təbrik edirəm. Gəncədə və cəbhədə həyatını itirənlərin ailələrinə başsağlığı verirəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis komandasının oyunundan razılıq ifadə edib: "İkinci hissə komandamın üstünlüyü ilə keçdi. Meydanda görmək istədiklərimi gördüm. İmkanlarımızdan yararlana bilmədik, uzaqdan qol hər şeyi həll etdi".

Sadıqov Ağabala Ramazanovun meydanda az olmasının səbəbini də açıqlayıb: "Ağabala aparıcı oyunçularımızdandır. Amma uzunmüddətli zədədən yeni qayıdıb. Həkimlərlə məsləhətləşdikdən sonra 25 dəqiqə meydanda olmasını uyğun saydıq. Çıxışı bizi qane etdi" (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30