23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qarabağ” - “Qəbələ”: 56-cı duel

Bu həftə Azərbaycan Premyer Liqasında VI turun oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçına çıxacaq.

“Qırmızı-qaralar” səfərdə “Qarabağ”la görüşəcək. Bu matç Bakıdakı “Azersun Arena”da keçiriləcək.

Paytaxtdakı qarşılaşma iki komanda arasında 56-cı matç olacaq. İndiyədək rəqiblər Premyer Liqada 46, Azərbaycan kubokunda 9 duelə çıxıblar. Bu 55 görüşdə 12 qələbə qazanan “Qəbələ” 18 heç-heçə edib. 25 dəfə isə Ağdam klubu qalib gəlib. 48 dəfə rəqib qapısına yol tapan “Qəbələ” 72 top buraxıb.

Premyer Liqa çərçivəsində 10 qələbə və 13 heç-heçəsi olan “qırmızı-qaralar” 23 dəfə uduzub. Rəqib top fərqində də öndədir - 64:41.

Rəqib meydanında 28-ci dəfə “Qarabağ”la üz-üzə gələcək “qırmızı-qaralar” əvvəlki 27 səfərdə 4 dəfə qalib gəlib. Hesabında 9 heç-heçə olan “Qəbələ” 14 dəfə uduzub. Səfərdə 20 dəfə rəqib qapısına yol tapan komanda 40 top buraxıb.

Xatırladaq ki, oktyabrın 17-də keçiriləcək “Qarabağ” - “Qəbələ” matçı saat 16:00-da başlayacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30