28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

AFFA aşağı liqalarla bağlı dəyişiklik etdi

Oktyabrın 17-dən AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqaların başlanılması planlaşdırılır.

Futbolxeber.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, həm cəbhə xəttində baş verən hadisələr, həm də karantin qaydaları ilə əlaqədar liqaların keçirilmə günləri və yerlərində müvəqqəti dəyişikliklər edilib.

U-10, U-11, U-12, U-13, U-14 Liqaları

Bakı, Lənkəran zonası - Ölkədə tətbiq olunan karantin qaydalarına uyğun olaraq, həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa ilə əlaqədar oyunlar həftəsonu deyil, həftəiçi təşkil olunacaq. Oyunlar Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman Kompleksində təşkil olunacaq. İlk turun oyunları 19-20 oktyabrda keçiriləcək. Oyunların keçirilmə günləri Operativ Qərargahın həftəsonu ictimai nəqliyyatın hərəkətinin qadağası qüvvədə olduğu müddətə aiddir. Operativ Qərargahın qərarında hər hansı dəyişiklik olacağı təqdirdə, oyunlar yenidən şənbə və bazar günlərinə keçiriləcək.

Sumqayıt, Siyəzən, Cəlilabad, Ağsu, Qəbələ, Zaqatala zonalarında oyunlar öncəki illərdə olduğu kimi, şənbə və bazar günləri təşkil olunacaq. İlk oyunlar 17-18 oktyabrda keçiriləcək.

Ermənistan hərbi birləşmələrinin mülkü əhalini atəşə tutması, həmçinin, cəbhədə olan gərginliklə əlaqədar Tovuz, Göygöl, Mingəçevir və Beyləqan zonalarının aid olduğu şəhər və rayonlarda gərginlik aradan qalxana qədər oyunların təşkili dayandırılır.

U-15, U-16, U-17, Gənclər Liqası (U-19)

Bu liqalarda Operativ Qərargahın həftəsonu ictimai nəqliyyatın hərəkətinin qadağası qüvvədə olduğu müddətdə oyunlar həftənin cümə axşamı və cümə günləri təşkil olunacaq. Operativ Qərargahın qərarında hər hansı dəyişiklik olacağı təqdirdə, oyunlar yenidən şənbə və bazar günlərinə keçiriləcək. İlk turun oyunları 22-23 oktyabrda təşkil olunacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31