17 May 2024, Cümə
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Ölkə futbolu

De Byazi: “Uşaqlar ürəklərini qoydular, lakin...”

"Matçdan qalib ayrılmaq istəyirdik. Qol vurmağa çalışırdıq. Birinci hissədə çoxlu imkanlar yaratsaq da, heç birindən yararlana bilmədik. İkinci hissədə də imkanlarımız oldu, amma fərqlənməyi bacarmadıq. Qol vurmursansa, təbii ki, oyunu uda bilməzsən. Uşaqlar ürəklərini qoydular, lakin istəyimizə çata bilmədik".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Kiprlə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandası 2 xal itirib: "Oyuna çox yaxşı konsentrasiya olunmuşduq. 3 xal qazanaraq, qrupdakı son imkanımızdan yararlanmaq istəyirdik. Albaniya yığmasına rəhbərlik etdiyim vaxt bu stadionda Fransa, Ermənistan kimi komandalar üzərində böyük qələbələr əldə etmişik. Məhz Ermənistanı yenərək, 2016-cı il Avropa çempionatına vəsiqə qazanmışdıq. Sonuncu uduzduğum oyun isə yadıma gəlmir. Amma bu dəfə alınmadı. Nəinki 1 xal qazandıq, əksinə, 2 xal itirdik. İnanırdım ki, qələbə bizə önünəinam baxımından kömək edəcək. Birinci hissədə 3:0 hesabı ilə qalib gələ bilərdik. Amma imkanlarımızdan yararlanmağı bacarmadıq".

De Byazi onu da əlavə edib ki, penaltini Qara Qarayevin vurmasını özüm istəyib: "Komandada bütün qərarları mən verirəm. Qara bu oyunda kapitanımız idi. Ağır və lazımi anda penaltini onun özünün vurmasını istədik. Lakin gördüyünüz kimi, alınmadı".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31