24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Meydan yaxşı olsaydı, Azərbaycana daha çox qol vurardıq"

"Əvvəlki oyunlarda olduğu kimi, Azərbaycanla matçda qazandığımız qələbədə də hamımızın rolu oldu. Lüksemburqla görüşdə son dəqiqələrdə zərbəyə yaxşı reaksiya göstərdim və bir qol vurub qalib gəldik. İndiyə qədər bütün görüşlərdə qələbə qazanmışıq. Bu, bizi ruhlandırır".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Monteneqro yığmasının oyunçusu Milan Miyatoviç UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Azərbaycan üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edərkən deyib.

33 yaşlı qapıçı bildirib ki, ardıcıl 3 qalibiyyət komandası üçün yaxşı başlanğıcdır: "Qol buraxmadan qələbə qazanmaq çox şey deməkdir. Bu, futbolçularda özünəinamı artırır. Sadəcə, bu ritmlə davam etmək lazımdır".

Hazırda Bolqarıstanın "Levski" (Sofiya) klubunda çıxış edən qolkiper Podqoritsa şəhər stadionunda meydanın vəziyyətindən gileylənib: "Azərbaycan qapımıza doğru ciddi zərbə endirmədi. Meydan, şərtlər yaxşı olsaydı, daha çox qol vurardıq. İstənilən halda, qələbəyə görə şadıq".

Qeyd edək ki, Monteneqro hazırda C Liqasında 9 xalla 1-ci qrupun lideridir. Lüksemburq 6 xalla 2-ci, Azərbaycan 3 xalla 3-cü, xalsız Kipr isə sonuncu pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30