20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Simurq"un rəqibi "Metallurq" oldu

Gürcüstandan təlim-məşq toplanışında olan “Simurq” hazırlıq praqramına uyğun olaraq dünən iki məşqə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, səhər çalışması üçün Tiflisin Çxneti qəsəbəsində yerləşən meşəlik əraziyə gedən komanda burada fiziki hazırlığın yüksəldilməsinə hesablanmış təmrinləri yerinə yetirib. Əvvəlcə kross qaçan “sarı-qaralar” bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında müxtəlif səpkili fiziki təmrinləri yerinə yetirərək, səhər məşqini başa vurub.

Axşam hazırlığı isə əsasən toplu çalışmalardan ibarət olub. Məşqçilər korpusu qısa isinmə hərəkətlərindən sonra futbolçular arasında qarşılıqlı anlayışı yüksəltməyə hesablanmış təmrinlər verib. Məşqin əsas hissəsində isə baş məşqçi Georgi Çixradzenin nəzarəti altında taktiki hazırlığa keçilib. İki qrupa bölünərək qısa ötürmələrdən sonra qapıya zərbələr yerinə yetirilib və müxtəlif taktiki hazırlığın artırılmasından ibarət təmrinlər yerinə yetirilib. "Simurq" qonşu ölkədə təşkil edilən təlim-məşq toplanışı çərçivəsində bir yoxlama görüşündə gücünü sınaqdan keçirəcək. “Simurq” sentyabrın 9-da, Bakı vaxtı ilə saat 18:00-da, Rustavi təmsilçisi “Metallurq”la üz-üzə gələcək. Qarşılaşma paytaxtın “Lokomotiv” klubunun təlim-məşq bazasında keçiriləcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30