25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Obradoviç: “Beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Slovakiya - Azərbaycan oyunu ilə bağlı millimizin baş məşqçisi Milan Obradoviçin fikirlərini açıqlayıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, serb mütəxəssis bildirib ki, komandası cinahlarda daha fəal olmalıdır:

“Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Slovakiya millisi öz futbolunu oynadı. Bizim konsentrasiya, xətlərarası əlaqə baxımından çətinliyimiz var idi. Hücum xəttində fəal olmağa çalışırdıq. Bir neçə təhlükəli vəziyyət yarada bildik. İkinci hissədə isə yaxşı pressinq etdik. Daha çox mərkəzdən hücum edirdik, bu isə məni tam qane etmədi, çünki cinahlarda da fəal oynamaq vacibdir. Qol buraxdıqdan sonra oyuna köklənə bildik. Fiziki hazırlığımız buna imkan verdi. Amma beynəlxalq oyunların kasadlığı özünü büruzə verdi. Sonuncu dəqiqədə qol buraxaraq məğlub olmaq, təbii ki, çox məyusedicidir. Ümumilikdə, oyundan tam olaraq və nəticədən razı deyiləm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30