20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Simurq" Gürcüstanda hazırlıqlara başlayıb

Milli komandanın DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasındakı yaranmış fasiləni dəyərləndirmək üçün Gürcüstana təlim-məşq toplanışına gedən "Simurq", artıq dünən səhər saatlarında Tiflisə çatıb. Futbolxeber.az-ın məlumatına görə, ilk məşqinə də çıxan Zaqatala təmsilçisi, saat yarımdan artıq davam edən ilk hazırlıq prossesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinləri yerinə yetirib. Üç qrupa bölünərək “kvadrat” oynadıqdan sonra, taktiki tapşırıqlardan ibarət ikitərəfli oyunla hazırlıq tamamlanıb.

Qapıçılar Pavel Kapsa, Amil Ağacanov isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı məşq edib. 

Sentyabrın 10-na qədər qonşu ölkənin paytaxtında qalacaq “Simurq” burada bir yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Bundan sonra vətənə qayıdacaq "Simurq" Premyer Liqanın VI turu çərçivəsində keçiriləcək “Sumqayıt”la oyunun hazırlıqlarına başlayacaq.  


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30