25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Monteneqrolu qapıçı: “Azərbaycanla oyunda 1-ci yerin taleyini həll edəcəyik”

"Millətlər Liqasına əla start verdik. Qarşıda Azərbaycan və Lüksemburqla 2 vacib oyunumuz var"

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Monteneqro seçməsinin oyunçusu Daniel Petkoviç UEFA Millətlər Liqasında Azərbaycan və Lüksemburqla keçirəcəkləri matçlar barədə danışarkən deyib.

27 yaşlı qapıçı bildirib ki, hər iki matçı evdə oynayacaqları üçün üstünlük komandasının tərəfindədir: "Ümid edirəm ki, qrupda 1-ci yerlə bağlı məsələnin taleyini həll edəcəyik. Amma sağlamlığımızın da qayğısına qalmalıyıq. Görürük ki, ölkədə koronavirusla bağlı vəziyyət elə də yaxşı deyil".

Fransa "Anje"sində çıxış edən qolkiper son vaxtlar oyun praktikası ilə bağlı üzləşdiyi çətinliklərə baxmayaraq, meydana çıxmağa hazır olduğunu söyləyib: "Açığı, sanki harada olduğumu bilmirəm. Milliyə dəvət mənim üçün böyük təcrübə və karyeramda irəliyə doğru addımdır. Buna görə məmnunam və özümü yaxşı tərəfdən göstərib, yığmanın yaxşı nəticə qazanmasına kömək etmək istəyirəm".

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30