23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

De Byazi: “Ermənilərin cəbhədə dinc əhalini öldürməsi qəbuledilməzdir”

"Cəbhədə baş verən hadisələrdən xəbərdaram. Həyatımda ilk dəfədir belə halla rastlaşıram. Ermənilərin cəbhədə döyüş aparmaq əvəzinə dinc əhalini öldürməsi qəbuledilməzdir. 13 yaşlı  Şəhriyar Qurbanovun ölümü barədə eşitdim. Milli komandanın oyunçusu olardı ya yox, bilmirəm, ailəsinə başsağlığı verirəm. Onun ölümü bütün Qarabağ münaqişəsini izah edə bilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni de Byazi İTV-də deyib.

“Azərbaycan torpaqlarının 30 ildir işğal altında olduğunu bilirəm. Bu illər ərzində qarşılıqlı atışmalar olmuşdu, lakin bu səviyyədə ilk dəfədir. Əlbəttə, ailəm mənə görə narahatdır. Tək mənim yox, köməkçilərimin ailələri və yaxınları da. Ümid edirik ki, ən qısa zamanda məsələ öz həllini tapar. İşğal altında olan torpaqlar tezliklə Azərbaycana qayıdar. BMT-in dörd qətnaməsi var ki, orda da ermənilərin torpaqları azad etməli olduqları göstərilib" - De Byazi vurğulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30