29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: "Kəlbəcərdə, Laçında və Xankəndində bayrağımızı sancacağıq"

"Oyuna köklənmək çox çətin idi. Şəxsi həyat və iş haqqında düşünmək çətindir. Allah ordumuza, xalqımıza və dövlətimizə yardım etsin. İnanıram ki, tezliklə torpaqlarımızı azad edəcəyik. Allah ordumuza kömək olsun".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 5-ci turunda "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

O bildirib ki, matça hazırlaşmaq çətin olub: "Amma məcburən işimizi görməliyik. Oyunumuzda belə gedişat gözləmirdim. Rəqib matça yaxşı başladı. Oyunu müdafiədən qurub, səhv etmələrini gözlədik. Amma etmədilər. 100 faizlik qol epizodumuz olmurdu. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Amma futbol səhv oyunudur, kim istifadə edirsə, o da qalib gəlir".

Sadıqov bu gün çempionatın favoriti ilə oynadıqlarını bildirib: "İtkilərimiz var idi, heç-heçə yaxşı nəticə hesab olunardı. Uğur qazanmaq komandanı rahatlaşdıra bilər. Futbolçulara da demişəm ki, ələ düşən fürsətlərdən istifadə etmək lazımdır. 1-2 xal irəliləmək böyük üstünlük deyil. Gücümüz çatdığı qədər yaxşı mübarizə aparmağa çalışacağıq".

Azərbaycan millisinin sabiq kapitanı cəbhə bölgəsində baş verənlər barədə bunları da söyləyib: "Məndə inanılmaz inam var. Çox şükürlər olsun ki, dövlətimizin və ordumuzun gücü sayəsində irəliləyirik. Şəhidlərimiz də olub. Ailələrə səbr diləyirəm. Ümid edirəm ki, Kəlbəcərdə, Laçında və Xankəndində bayrağımızı sancacağıq. İnanıram ki, yaxın gələcəkdə hamı sevinəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31