28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elmar Baxşıyev: “Oyunun ədalətli nəticəsi heç-heçə idi”

“İndiki durumda futbol ikinci plana keçir. Komanda olaraq bütün fikrimiz cəbhə bölgəsindədir. Hər gün Ordumuzdan yeni zəfərlər gözləyirik. İnanırıq ki, Ordumuz bizi sevindirəcək və öz torpaqlarımızı qaytaracağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda evdə "Sumqaylt"la oyundan (1:1) sonra deyib.

O, heç-heçəni belə şərh edib: "Oyuna gəlincə, çətin olacağını bilirdik. “Sumqayıt” gənclərdən yaxşı təşkil olunmuş komandadır. Rəqib sürətli futbolu xoşlayır. Matça yaxşı hazırlaşmışdıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Artıq 5 tur keçib. Hər qarşılaşmada hücumda oynayır, sırf arxa xətdə oturmuruq.  Mən müdafiə futbolunu xoşlamıram. Müdafiədə olanda da hücumu düşünürük. Oyun ərzində yaratdığımız epizodlar da bunu göstərir. İnanıram ki yeni qoşulan Ceyms Adeniyi də komandaya fayda verəcək”.

E.Baxşıyev futbolçulardan razı olduğunu bildirib: "Hücumda göstərdiyimiz oyundan məmnunam. Bütün futbolçuları əsas heyət üzvü kimi görürük. Yurgen Qoxanın zədəsi olduğu üçün onu qoruduq ki, durumu daha ciddiləşməsin. Murad Musayevin göstərdiyi əzmkarlıqdan razı qaldıq. Rafael Utziqin əvəzlənməsi yorulması ilə bağlıdır. Həm özü bunu istədi, həm də hücumda kreativliyi artırmaq çalışdıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31