25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov püşkü dəyərləndirdi: “Yaxşı qrupa düşmüşük”

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, püşkün nəticəsinəəsasən, "Qarabağ" "Vilyarreal" (İspaniya), "Makkabi" (Tel-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) klubları ilə mübarizə aparacaq.

Ağdamlıların baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına verdiyi açıqlamada püşkü belə dəyərləndirib:

“Yaxşı qrupa düşmüşük, maraqlı rəqiblərimiz var. "Vilyarreal"ı hamı tanıyır, ən yaxşılardandır, istər iştirak etdiyi çempionat baxımından, istərsə də baş məşqçisinə görə. Unai Emeri "Arsenal"da çalışarkən, onun komandasına qarşı oynamışıq. Tələbkar məşqçidir, özünə xas oyun üslubu var. Görünən odur ki, İspaniya təmsilçisi ən güclülərdəndir.

"Sivasspor" isə stabil oyun göstərən komandadır, son mövsüm son oyunlara qədər Türkiyə Super Liqasında liderlər qrupunda oldu.

"Makkabi" də ciddi rəqibdir, öz ölkəsinin ən titullu klublarından biridir və ötən mövsümün çempionudur. Hər üç komandanın öz oyun üslubu var və ciddi rəqiblərdir. Qardaş Türkiyə komandasına oynayacağıq.

Düşünürəm ki, qrupun ən maraqlı oyunları "Sivasspor"la ev və səfər qarşılaşmaları olacaq. Çalışacağıq ki, maksimum ən yaxşı oyunumuzu göstərək. Düzdür, ağır qrafikdə oynayacağıq. Həm çempionat, həm Avropa Liqası, həm də millimizin Millətlər Liqasında oyunları olacaq. Futbolçularımız hər 3-4 gündən bir oyuna çıxacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30