20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Məmmədov “Associated Press”ə Şəhriyar Qurbanov həlak olmasından danışdı

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində 2007-ci il təvəllüdlü, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada UGİM (Naftalan) komandasının heyətində çıxış etmiş Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Associated Press” xəbər agentliyinə açıqlama verib.

Futbolxeber.az saytı yazının tərcüməsini diqqətinizə çatdırır:

“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) cümə axşamı Ermənistanla münaqişə zəminində qətlə yetirilən 13 yaşlı futbolçu ilə əlaqədar UEFA-nın üzvlərindən dəstək istədi.

Etnik ermənilərin nəzarəti altında olan Azərbaycan ərazisindəki Dağlıq Qarabağ bölgəsi ilə bağlı onilliklərlə davam edən mübahisə son bir həftədə alovlandı.

“Bu çətin anda mülki şəxslərə qarşı təcavüzü qınamaq üçün, gənclərin və xüsusilə bütün xalqların azyaşlı nümayəndələrinin bu və ya digər şəkildə hərbi əməliyyatlar nəticəsində zərər çəkməsini dayandırmaq üçün Avropa futbol ailəsini həmrəyliyə çağırırıq", - dedi.

Assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovun imzaladığı məktubda UEFA üzvü olan Milli Assosiasiyaların yüksək vəzifəli şəxslərindən #StopChildMurder həştəqindən istifadə etməklə həmrəylik nümayiş etdirməyə çağırış edilib.

Uşaq liqasının oyunçusu Şəhriyar Qurbanov, münaqişə zonasından 50 kilometr uzaqda yerləşən doğma şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində qətlə yetirilmişdir.

FİFA-nın baş katibi Fatma Samouranın bununla bağlı başsağlığı məktubu AFFA-nın saytında dərc olunub.

Sovet İttifaqının dağılmasından sonra Azərbaycanla Ermənistan arasındakı gərginlik iki ölkənin futbol münasibətlərinə də mənfi təsir edib.

Qonşu ölkələr 2008 Avropa çempionatının seçmə qrupunda bir-biri ilə oynamaqdan imtina etdikdən sonra UEFA turnirlərin püşkatmalarında onların milli və klub komandalarını ayırdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30