Ölkə futbolu
Qurban Qurbanov: "Əsgərlərimizin fədakarlığını düşünsək, bu uğur cüzi şeydir"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya"nı 3:0 hesabı ilə məğlub edərək qrupa vəsiqə qazandıqları oyundan sonra Heydər Əliyev aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
- Bu qələbədən sonra dərindən "ah" çəkib son vaxtlar üstünüzdə olan yükü, psixoloji gərginliyi ata bildinizmi?
- Öncə sizə təşəkkür edirəm ki, səhər tezdən bura gəlib komanda ilə maraqlandınız. Oyuna gəldikdə, həqiqətən çox vacib qələbə oldu. Dəfələrlə qeyd etmişəm, bəzən fikirlər olur ki, ardıcıl 3-4 il uğur qazandıqdan sonra 1 il uğur əldə etməsək də, bizi bağışlayarlar. Amma biz elə komandayıq ki, elə şəraitdə oyunlarımız olur ki, belə fikrə düşə bilmərik. Bu gün yükü üstümüzdən ata bildikmi? Əlbəttə, xeyr. Çünki bu, daim bizimlədir. Bəlkə də kənardan baxanda yük kimi görünür. Lakin inanın ki, biz sevə-sevə bu işi görmək, uğur qazanmaq istəyirdik. Qarabağ adının məsuliyyətini, üzərimizə düşən vəzifəni yaxşı bilirik. Komandanı hər oyuna düzgün hazırlamağa çalışırıq. Bu mövsüm avrokuboklarda 4 oyunumuz - 3-ü Çempionlar Liqasında, 1-i Avropa liqasında - oldu. Penaltilər seriyasını nəzərə almasaq, məğlubiyyətimiz olmadı. 4 oyunda cəmi 1 qol buraxdıq. Düşünürəm ki, bu, heç də pis nəticə deyil. Allah nəsib etdi ki, yenidən qrupa düşdük. Hazırkı vəziyyətdə, müharibə şəraitində bu, vacib qələbədir. Matçdan dərhal sonra futbolçularıma təşəkkürümü bildirdim. Onların üzərində həddindən artıq çox yük var idi. Bu oyunun məsuliyyətini hiss edirdilər. Bu, futbolçuların meydandakı çıxışından, üz ifadələrindən də hiss olunurdu. Nə qədər ki, futbol, idman var, bu yük üstümüzdən getməyəcək. "Qarabağ"da bu, ikiqat artıq olur. Azarkeşlərimiz daim bizdən qələbə gözləyir. Biz də öz növbəmizdə hər zaman Azərbaycanı, Qarabağımızı, Ordumuzu layiqincə təmsil etməyə çalışırıq. Son günlərdə əsgərlərimizin fədakarlığını düşünsək, əslində bizim etdiyimiz çox cüzi bir şeydir. Neçə-neçə analar övladsız, övladlar valideynsiz qalıb. Nə qədər desək ki, özümüzü tam olaraq oyuna kökləmişdik, fikrimiz burada idi, cəbhədən xəbərləri izləyirdik. Hər bir halda futbolçularımla fəxr edirəm ki, belə bir nəticə əldə edə bildik. Hətta oyundan öncə söhbətimiz oldu ki, bu gün burada legioner yoxdur, hamımız azərbaycanlıyıq. Bildirdik ki, hamı meydanda layiqli oyun göstərməli, bütün bacarığını ortaya qoymalıdır. Şükürlər olsun ki, sonda qələbə bizim oldu.
- İlk hissədə "Qarabağ"ın kifayət qədər qol imkanları olsa da, futbolçular yararlana bilmədilər. Sizdə elə bir hiss yarandımı ki, "Molde" ilə matçdakı hadisələr təkrarlana bilər?
- Məndə həyəcan oyundan əvvəl daha çox olur. Bunu futbolçulara bildirməməli, daha soyuqqanlı olmalıyam. Belə anlarda futbolçuları başa düşür, hansı hissləri keçirdiklərini bilirəm. Fasilədə iradlarım varsa, bildirirəm. Amma futbolçuların yanında olmağa çalışıram ki, özlərini daha da inamlı, qol epizodlarında soyuqqanlı hiss etsinlər. Amma hər dəfə qol epizodu boşa veriləndə həyəcan olurdu. Bəzən oyunlar olur ki, qol vəziyyəti yaratmırsan, amma qalib gəlirsən. Elə də olur ki, çoxlu sayda qol epizoduna girirsən, amma istifadə edə bilmirsən. Bu, bizim başımıza çox gəlib. Hər iki hissədə fərqlənmək üçün çoxlu qol imkanımız oldu. Amma bu, basketbol deyil. Futbol buna görə sevilir ki, həyəcan hətta turnirin sonunadək davam edir. Bu, futbolun sevilən parçasıdır.
- Dünən legionerlər əzmkarlığına görə yerli futbolçulardan heç də geri qalmırdılar. Maraqlıdır, qarşılaşmadan əvvəl onlara nə demişdiniz?
- Çox danışıqlar olur. Amma ən az işimiz oyun günü oldu. Bunadək nə lazımdırsa, etdik, fikirlərimizi onlara çatdırdıq. Oyun günü isə tapşırıqlarımızı, danışıqlarımızı xeyli sayda azaltdıq ki, meydana daha rahat çıxsınlar. Onsuz da hamısı tam hazır idi. Həqiqətən özlərini bir azərbaycanlı kimi göstərdilər. Ölkəyə, komandaya olan sevgilərini meydanda nümayiş etdirdilər. Göründü ki, məlumatları düzgün qəbul ediblər.
- "Qarabağ" ardıcıl 7-ci dəfə qrup mərhələsinə vəsiqə qazandı. Sizcə, bu uğurun xüsusi yeri varmı?
- Açığı, var. Bu, oyundan əvvəl də hiss olunurdu. Ajiotaj böyük idi. Hamı komandadan yaxşı nəticə gözləyirdi. Əlbəttə, daim ehtiyatlanırdıq. Məni narahat edən o idi ki, futbolçular "yanmasınlar". Bəzən həddindən artıq istək olanda oyun göstərə bilmirlər. Yenə onlara "afərin" deyirəm. Hesabın 3:0 olmasına baxmayaraq, son dəqiqəyədək maksimum istək, konsentrasiya ilə oynadılar. Meydanda heç bir mübarizədə rəqibə uduzmamağa çalışırdılar. Bu da bizim Ordumuzun döyüşlərdəki qələbələri ilə bağlı idi. Ona görə də bu qələbənin xüsusi yeri var.
- Komandanızın üzərində təzyiq var idi. Amma "Qarabağ" adətən belə vəziyyətlərdən üzüağ çıxır. Bunun üçün fərqli metodunuz varmı?
- Neçə il bundan əvvəl demişəm ki, ildən-ilə təcrübəmiz artır və həlledici məqamlarda daha düzgün qərar verə bilirik. Dünən də buna şahidlik etdik.
- "Sumqayıt"la matçdan sonra komandanızın yaxşı formada olmadığını demişdiniz. Dünənki görüşü dönüş nöqtəsi kimi dəyərləndirmək olar?
- Komandanın yaxşı formada olması üçün bütün oyunçularının durumu yaxşı olmalıdır. Bir sıra aparıcı futbolçumuzun zədəli olması təbii ki, komandaya təsir edir. Həmçinin futbolçu mövsümboyu eyni formada ola bilməz.
- Bu gün qrup mərhələsinin püşkatması olacaq görürük. “Qarabağ” da ikinci səbətdə yer alıb...
- İndidən yükləyirsiniz (gülür)? Bir qədər maraqlandım. Amma üçüncü səbətdəki komandaların əksəriyyəti 2-cidəkilərdən güclüdür. Bu da Avropa Liqasının spesifikasından irəli gəlir.
- Qısa zaman kəsiyində yeni transfer gözlənilirmi?
- Ola bilər, amma ehtimal çox azdır. Əksər ölkələrdə çempionatlar başlayıb.
- Bu heyətlə qrupda mübarizə aparmaq çətin olmayacaq?
- Bəli, çətin olacaq. Çünki həm millinin oyunları var, həm çempionatda oynayacağıq, həm də Avropa Liqasında. Sıx təqvimdə oynasaq da, əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışacağıq ("Report").
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:52
“Turan Tovuz”, yoxsa “Sumqayıt”?
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək