20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qubanov: “Qələbəni əsgərlərimizə və Azərbaycan xalqına həsr edirəm”

"İlk növbədə, futbolçularımı yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün onlar əsgər kimi idilər. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Polşada "Legiya" komandasını 3:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off oyunundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis hesabın matçın nəticəsini tam əks etdirmədiyini bildirib: "Rəqib yaxşı komandadır. Amma onlar oyun sistemini dəyişmişdilər. Fikrimcə, 3:0 hesabı matçın gedişini tam əks etdirmir. Çünki "Legiya" daha yaxşı səviyyədə olan komandadır. Nəticədən tam razıyam. Polşa komandasına və yeni baş məşqçisi Çeslav Mixneviçə uğurlar arzulayıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30