28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ" - "Sumqayıt": 33-cü duel

Bu həftə Azərbaycan Premyer Liqasında V tura start veriləcək. Turun ikinci oyun günündə meydana çıxacaq “Qəbələ” “Sumqayıt”la qarşılaşacaq.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar”ın öz meydanında qüvvəsini sınayacaq. Milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində keçiriləcək görüş iki rəqib arasında 33-cü duel olacaq.

Bu matçadək komandalar 32 dəfə görüşüb. Böyük üstünlüyə malik olan “Qəbələ” 19 qələbə qazanıb, 9 heç-heçə edib və 4 dəfə məğlub olub. Bu qarşılaşmalarda 54 dəfə qol sevinci yaşayan futbolçular 24 qol buraxıb. “Sumqayıt”la oyunlarda “qırmızı-qaralar”ın ən məhsuldar futbolçusu Viktor Mendidir. Onun hesabında 7 qol var.

“Qəbələ” bu rəqiblə 31 çempionat və 1 kubok matçında üz-üzə gəlib. Premyer Liqada 18 dəfə üç xal əldə edən komanda 9 heç-heçə edib və 4 dəfə uduzub. Bu oyunlarda “qırmızı-qaralar” 52, sumqayıtlılar 24 qol vurub.

Öz meydanında da üstün olan “Qəbələ” 16 ev matçından 12-də qalib gəlib. 3 heç-heçə edən komanda yalnız bir dəfə uduzub. Bu üstünlük top fərqində də özünü büruzə verib - 31:9.

Xatırladaq ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31