19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AFFA-dan UEFA-nın üzvlərinə müraciət: #STOPCHILDMURDER

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində 2007-ci il təvəllüdlü, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada UGİM (Naftalan) komandasının heyətində çıxış etmiş Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-nın üzvü olan 55 Milli Assosiasiyanın 53-nə məktubla müraciət edib.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə qeyd olunub ki, 13 yaşı Şəhriyarın ölümü futbol ailəsini dərindən sarsıtmışdır. Bu məsələ nəinki bizi, bütövlükdə futbol ictimaiyyətini narahat edir; həyatda ilk addımlarını atmaqda olan uşaqlar müharibələrin hədəfi olmamalıdır. Bu çətin dönəmdə Avropa futbol ailəsini dinc sakinlərə qarşı aqressiyanı, xüsusilə də azyaşlı uşaqların bu və ya digər şəkildə hərbi əməliyyatlara daxil edilməsini qınamağa və #stopchildmurder (uşaq qətllərinə son) həştəqindən istifadə etməklə həmrəylik nümayiş etdirməyə çağırırıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30