25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

PFL Premyer Liqa və I Divizionla bağlı məlumat yaydı

28 sentyabr 2020-ci il, saat 00:00-dan etibarən Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyət elan olunub.

Belə ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir.

Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, bütün təşkilati məsələləri nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının V, Azərbaycan I Divizionunun I turunun oyunlarının başlama saatları ilə bağlı müəyyən dəyişikliklər edir.

Qeyd: Vəziyyətə uyğun olaraq qarşıdakı günlərdə bununla bağlı müvafiq addımlar atıla bilər.

Premyer Liqa

V tur

2 oktyabr (cümə)

“Sabah” - “Keşlə”

“Bank Respublika Arena”, 15:30

3 oktyabr (şənbə)

“Qəbələ” - “Sumqayıt”

Qəbələ şəhər stadionu, 14:00

“Zirə” - “Neftçi”

Zirə İdman Kompleksinin stadionu, 16:00

4 oktyabr (bazar)

“Qarabağ” - “Səbail”

“Azersun Arena”, 15:30

I Divizion

I tur

1 oktyabr (cümə axşamı)

“Keşlə-2” - “Kəpəz”

“ASK Arena”, 13:00

“Sumqayıt-2” 0 “Qarabağ-2”

“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00

“Neftçi-2” - “Sabah-2”

Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 15:00

2 oktyabr (cümə)

“Qaradağ Lökbatan” - MOİK

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00

“Zaqatala” - “Turan Tovuz”

Zaqatala şəhər stadionu, 13:00

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30