29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Əfran İsmayılov: "Şəhidlik zirvəsinə ucalmaq ən böyük arzumdur"

"Təlim-məşq toplanışı keçməmişdim, futboldan yarım ilədək uzaq düşmüşdüm. Bu mənada, meydana çıxıb qol vurmağım mənim üçün, həqiqətən, sevindirici oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Səbail" klubunun futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasının IV turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçi bildirib ki, rəqib onlardan güclü olsa da, meydana qalib psixologiyası ilə çıxıblar: "Sabah" istər heyət, istərsə də maliyyə baxımından bizdən üstündür. Ardıcıl 3 turda uduzmağımıza baxmayaraq, qarşılaşmadan əvvəl Aftandil Hacıyev bildirdi ki, psixologiyanızı sındırmayın, çempionat yeni başlayıb, qarşıda çox oyun olacaq. Bizi toparlamağı bacardı. Sözü bir yerə qoyduq ki, artıq qalib gəlmək lazımdır. Meydana çıxıb öz oyunumuzu sərgilədik və layiqli qələbə qazandıq".

Təcrübəli oyunçu son 2 gündə cəbhə xəttində baş verən hadisələrə də münasibət bildirib: "Hazırda futbol haqqında fikirləşmək istəmirəm. Bütün diqqətimiz cəbhə bölgəsindədir. Bilirsiniz ki, gərgin müharibə gedir. Doğrudan da, bu, bizim üçün Böyük Vətən Müharibəsidir. Hamı döyüşmək üçün alışıb-yanır. İçi biz qarışıq, nə qədər könüllü, cəbhəyə getmək istəyənlər var. Amma hazırda elə vəziyyətdir ki, Ordumuz düşmənə layiqli cavab verir, sevindirici xəbərlər eşidirik. Bütün torpaqlarımızın işğaldan azad olunmasını istəyirik. Bu, bizim arzumuzdur ki, gedək, orada oyunlar keçirək. Şəhid olanlara Allahdan rəhmət diləyirəm. İnanıram ki, lazım olan nəticəni əldə edəcəyik. Ordumuzun gücü də buna imkan verir. Dualarımız əsgərlərimizlə birlikdədir".

Hərbi xidmətini MOİK futbol klubunda keçdiyini söyləyən İsmayılov Vətən uğrunda canından keçməyə hazır olduğunu vurğulayıb: "Hərbi xidmətə getməyi çox istəyirdim. Sadəcə, milli komanda və futbolla bağlı digər söhbətlərə görə qoymadılar. Ən yaxşı vaxtlarım olduğu üçün milliyə lazım olduğumu bildirdilər. Buna görə gedə bilmədim. Bu gün ehtiyac olarsa, can-başla orduya qoşulmağa hazıram. Şəhidlik zirvəsinə ucalmaq mənim arzumdur. Silahdan istifadə edə bilirəm. Bilirəm ki, cəbhəyə yaxın rayonlarda postlar qurublar, buraxmırlar. İcazə versələr, birinci, mən gedəcəyəm".

Azərbaycan millisinin sabiq oyunçusu hazırda İtaliya "Roma"sında çıxış edən erməni futbolçu Henrik Mxitaryanın Qarabağdakı hərbi əməliyyatların dayandırılması üçün dünya ictimaiyyətini köməyə çağırması barədə fikirlərinə cavab verib: "Mxitaryanın nə deməsi bizə maraqlı deyil. O, bilərəkdən bu cür fikirlər səsləndirir. Yaxşı futbolçu ola bilər, amma biz heç vaxt erməniləri millət, xalq hesab etməmişik. Onlar işğalçıdır. Biz öz torpaqlarımız uğrunda vuruşuruq. Neçə ildir danışıqlar prosesini yubadırlar. Bunlar alçaq, şərəfsiz millətdir. Hər vasitədən istifadə edirlər. Musiqilərimizi belə, oğurlayırlar. Əlimizə şans düşüb, sonadək getməliyik. Torpaqlarımızı azad edib, özümüz o yerlərdə yaşayacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31