28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Sabah”ın baş məşqçisi: “Çox pis oynadıq”

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, ispan məşqçi 1:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Ümumi olaraq, çox pis oynadıq. Oyunumuzdan narazıyam. İlk qoldan sonra matçı həll edə bilərdik, amma olmadı. "Səbail" qoldan sonra bizdən üstün oynadı və qələbə qazandı.

- Adətən qalib heyəti dəyişmirlər. Komandanız son iki turda qol buraxmasa da, bu gün mərkəz müdafiəçisi Bəhlul Mustafazadə ehtiyatda idi. Bu, sizin qərarınız idi, yoxsa Bəhlulun zədəsi var?

- Həftə ərzində Bəhlulda bir az narahatlıq var idi və ona görə qərar verdim ki, ehtiyatda qalsın.

- Yəqin ki, “Sabah”ın baş məşqçisi olarkən komandanın əvvəlki oyunlarına baxmısız. Ötən mövsüm əsas heyət üzvü olan Şakir Seyidov bu gün komandadan kənarda qalıb. Bu haqda nə deyə bilərsiz?

- Mən bura gələndən Şakir komandada deyil. Bunu klubdan soruşmaq lazımdır ki, o, nə üçün heyətdən kənarda qalıb. Mənim deyə biləcəyim nəsə yoxdur.

- İki penalti epizoduyla və hakimliklə bağlı fikirləriniz necədir? Xüsusən də komandanızın lehinə təyin olunan penalty ciddi müzakirələrə yol açıb.

- Hakimlər barəsində danışmaq istəmirəm və bu üzrə mütəxəssis deyiləm. Onlara gələcəkdə uğurlar arzu edirəm.

- “Sabah” ikinci hissədə inamsız çıxış etdi. Sizə elə gəlmir ki, komandanız qələbəyə çox tez inandı?

- Açığı, istədiyimiz oyunu oynaya bilmədik. Bu matçı təhlil edərək, nəticələr çıxaracağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31