25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Bakı"nın heyətində 5 itki

 

Azərbaycan Topaz Premyer Liqasının XXIV turunda "Simurq"un qonağı olacaq "Bakı" dünən oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşqə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, yüksək əhval-ruhiyyə şəraitində keçən məşq, təssüf ki, itkisiz ötüşməyib. Komandanın ispaniyalı hücumçusu Mario Martinez Rubio əzələsini dartaraq sıradan çıxıb. Onun sabahkı oyunda meydana çıxmayacağı qətiləşib.
 
Bu komandanın tək itkisi deyil. Daha 5 futbolçu məşqə qatılmayıb. Milli komandanın Portuqliya ilə oyununda zədələnən Rauf Əliyevin sırasına, xəstələnən və hərarəti olan Cavid Hüseynov və Deyvidas Çesnauskis də qatılıbıar. 
 
Beləliklə, zədədən sonra bərpa dövrü keçən Vinston Parks və Novruz Məmmədovun siyahısına oyunu buraxmalı olacaq daha 3 futbolçu əlavə olunub. 
 
Ciddi itkilərlə baxmayaraq, komanda bu turu 3 xalla başa vurmaq əzmindədir. Xatırladaq ki, bu mövsüm rəqiblər arasında baş tutan hər iki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30