5 May 2026, Çərşənbə axşamı
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

UEFA Mahir Emrelini cəzalandırdı

UEFA Millətlər Liqasının 1-ci turunda Lüksemburqla ev matçında Azərbaycan yığmasının birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib.

Futbolxeber.az saytının məlumatına görə, 23 yaşlı hücumçu kobud oyununa görə 2 oyunluq cəzalandırılıb.

Bu səbəbdən, 2-ci turda Kiprlə səfər matçını buraxmış oyunçu 3-cü turda Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0 (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31