24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Zirə”nin “Keşlə”yə qarşı yubiley oyunu

Bu həftə Azərbaycan Premyer Liqasında 4-cü turunda “Zirə” səfərdə “Keşlə” ilə qarşılaşacaq.

Futbolxeber.az saytının klubun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, "qartallar” bu rəqiblə 20-ci dəfə üz-üzə gələcək.

İndiyədək komandalar Premyer Liqa çərçivəsində 19 dəfə görüşüb. Hesabında 5 qələbə olan “Zirə” 8 dəfə meydanı 1 xalla tərk edib. Digər 6 matçda “Keşlə” qalib gəlib. Rəqib qapısından 20 top keçirən komanda 22 qol buraxıb.

Bunadək 10 dəfə rəqibin qonağı olan “qartallar” səfərdə 2 qələbə və 3 heç-heçəyə imza atıb. Meydan sahibləri isə 5 dəfə üç xala sevinib. Top fərqi də rəqibin xeyrinədir - 13:7.

Qeyd edək ki, sentyabrın 26-da “ASK Arena”da keçiriləcək “Keşlə” - “Zirə” matçı saat 20:15-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30