14 Oktyabr 2025, Çərşənbə axşamı
VIII turun hakim təyinatları
Millimiz Ukraynaya uduzdu
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib

Ölkə futbolu

“Araz Abdullayev hələ tam hazır deyil”

“Bu iki həftədəki oyunumuzdan məmnun deyiləm. Əlimizin çatdığı heç bir nöqtə yoxdur”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Boluspor”un baş məşqçisi Ahmmet Taşyürek Türkiyənin 1-ci Liqasında “Altınordu” ilə matç öncəsi deyib.

48 yaşlı mütəxəssis ötən tur “Adana Dəmirspor”la qarşılaşmada debüt edən millimizin üzvü Araz Abdullayevin də oyunu haqda da danışıb:

“Ötən matçla müqayisədə bu dəfə 5 dəyişiklik etmişdik. “Boluspor” yeni bir komandadır. Bəzi oyunçular uzun fasilədən sonra meydana çıxdılar. Araz Abdullayev həftəiçi kollektivə qoşulub və dərhal oyuna buraxıldı. Həm o, həm də digərləri hələ tam hazır deyil. Fiziki və uyğunlaşma baxımından çatışmazlıqlarımız xüsusən görüşün 2-ci hissəsində ortaya çıxdı".

Qeyd edək ki, A.Abdullayev “Boluspor”a bu ay keçib. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31