14 Oktyabr 2025, Çərşənbə axşamı
VIII turun hakim təyinatları
Millimiz Ukraynaya uduzdu
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib

Ölkə futbolu

"Molde" rəsmisi: "Qarabağ"la matçda futbola nifrət etdim"

"Matç ərzində 3-4 dəfə futbola niftət etdiyimi söylədim. Penaltilər seriyasına gələndə qorxunc şübhələrim var idi. Həmin vaxt futbol gözümdə elə də böyük deyildi".

Futbolxeber.az saytının məlumatına görə, bunu Norveç "Molde"sinin baş direktoru Ole Erik Stavrum "Rbnett.no" nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qalib gələrək pley-offa adladıqları oyun barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, penaltilər seriyasında qorxunc səhnələr möcüzəyə çevirilib: "Biz sanki qaranlıqda oturaraq özümüzə qapanmışdıq. Ancaq yekunda düşərgəmizdə yaxşı atmosfer var idi. Matçın sonlarındakı kimi əhval-ruhiyyə və sevinc hisslərini yaşayacağımızı heç vaxt düşünməmişdim".

Qeyd edək ki, əsas və əlavə vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında daha dəqiq oynayan (6:5) "Molde" adını Çempionlar Liqasında pley-offa yazdırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31