Ölkə futbolu
"Neftçi"nin qapıçısı: "Qalatasaray"la oyundakı səhvimə görə üzr istəyirəm"
"Neftçi"nin qapıçısı Aqil Məmmədovun müsahibəsi
- Premyer Liqanın III turunda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdiniz. Qələbə qazana biləcəyinizi oyundan əvvəl gözləyirdiniz?
- İlk növbədə, futbolçuları təbrik edirəm, yaxşı mübarizə apardılar. Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə oyundan sonrakı yorğunluğa baxmayaraq, böyük komandaya qarşı belə oynamaq yaxşı haldır. Oyunçuları bir daha təbrik edirəm. Səfər matçına ən azı uduzmamaq üçün getmişdik. Nə yaxşı ki, qələbə qazana bildik.
- "Neftçi" nəyin hesabına "Qarabağ"ı məğlub edə bildi?
- Komandamız xarakterin hesabına qələbə qazandı.
- "Qalatasaray"la görüşdən sonra çempionata köklənmək nə dərəcədə çətin idi?
- Bizim üçün bir az çətin oldu. Sağ olsunlar, azarkeşlər dəstək oldular. Oyunçular olaraq, hamımız yığışdıq, söhbət etdik. "Qalatasaray"la oyunu yaddan çıxarmaq və "Qarabağ"a qarşı köklənmək lazım idi. Ən azı heç-heçə etmək istəyirdik, amma qələbə ilə döndük.
- Türkiyə təmsilçisinə 1:3 hesabı ilə uduzduğunuz görüşdə nə çatmadı?
- "Qalatasaray" böyük komandadır, Avropada təcrübələri daha çoxdur. Həm maddi, həm də oyunçuların keyfiyyətinə görə bizdən üstündürlər. Futbolçular əllərindən gələni etdilər, vuruşdular, döyüşdülər. Bacardığımız və əlimizdən gələn bu idi. "Qalatasaray"ı unudub, Premyer Liqa oyunlarına baxmaq lazımdır. "Qarabağ"ı məğlub edə bildik, qarşıdakı oyunlara hazırlaşacağıq.
- Sanki futbolçularda bir az həyəcan hiss olunurdu, siz də səhvlər etdiniz. Rəqibin adı sizi qorxutmurdu?
- Həyəcan deyəndə ki, "Qalatasaray"a qarşı oynayırsan. Bütün millət bizdən çox rəqibi dəstəkləyirdi. Hamının fikrində "Qalatasaray" var idi. Stadiona azarkeş buraxsaydılar, 90 fiazi Türkiyə klubunun fanatları gələrdi. "Neftçi"ni ürəkdən sevən insanlar 10 faiz təşkil edərdi. Mənə elə gəlir ki, insanlar bir oyuna görə tez qərar verirlər.
- Onların azarkeşinin daha çox olması da sizə təsir etdi?
- Əlbəttə. Qardaş ölkənin komandasıdır, Azərbaycana gəlib. Amma Azərbaycana gəlibsə də, "Neftçi"yə dəstək olmaq lazım idi. "Neftçi" bu ölkənin klubudur. Görünürdü ki, çoxları rəqibə azarkeş edir. Bu da istər-istəməz insana təsirsiz ötüşmür. Ruh düşkünlüyü yaranır, elə bil ki, biz İstanbulda oynayırıq.
- "Qalatasaray"la matçda səhv etdiniz. Bu, müzakirələrə və tənqidlərə səbəb oldu. Bu barədə nə deyə bilərsiniz?
- Qapımıza üçüncü qolun vurulduğu epizodda ötürmə verəndə səhv etdim. Bu, mənim səhvimdir, danılmaz səhvdir. Ötürmə verəndə top ayağıma yaxşı oturmadı və rəqib oyunçunun önünə düşdü. Azarkeşlərdən və "Neftçi"sevərlərdən üzr istəyirəm.
- "Neftçi" Aqil Məmmədova görə uduzdu" fikri ilə razısınız?
- Xeyr, bununla razı deyiləm.
- Digər qol barədə fikirlər var ki, topu tutmalı idiniz, amma qaytardınız...
- Həmin topu tuta bilməzdim, çünki mən öz oyunçumla toqquşurdum, Tutsaydım, topla içəri girəcəkdim. Mən qaytardıqdan sonra rəqib təkrar zərbə ilə vursaydı, bu, mənim səhvim olardı. Amma mən topu qaytarandan sonra rəqib əlavə ötürmə edib. Belə danışıq düşüncəsiz, futbolu yaxşı bilməyən insanlara məxsusdur.
- "Qalatasaray"ı keçmək olardı?
- Onları keçmək çox çətin idi.
- Bir müddət "Neftçi"də oynamadınız, amma sonra əsas qapıçı oldunuz. Nə baş verdi ki, Səlahət Ağayev ehtiyatda qaldı, siz oynamağa başladınız?
- Səlahətin qolunda bir az problem var. İnanıram ki, tez sağalacaq və ona da şans veriləcək. Özümə gəldikdə, baş məşqçi Füzuli Məmmədov şans verir, mən də oynayıram. Çalışırıq ki, əlimizdən gəldiyi qədər komandaya köməklik edək. Mənə elə gəlir ki, Azərbaycanda bir səhvə görə insanı tez sındırırlar, tez qərar verirlər. Düzdür, səhv etmişik. Düşünürəm ki, Azərbaycanda futbolçu yetişmir, yetişdirmək çətindir. Yetişənləri də çalışırlar ki, tez sındırsınlar. Biri var səhvini boynuna almayasan, amma mən səhvimi qəbul edirəm. Deyirəm ki, mənim səhvimdir, üzr istəyirəm. Bu normal haldır, biz robot deyilik, insanıq.
- Milli komandadan dəvət gözləyirsiniz?
- Yığma barədə düşünmürəm. Millinin futbolçularına uğurlar arzulayıram ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
26.09.2026
25.09.2026
24.09.2026
























