5 Iyul 2025, Şənbə
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də
“Qarabağ” Avstriyaya yollandı

Ölkə futbolu

“Qarabağ”ın yubiley məğlubiyyəti

“Qarabağ” Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, Premyer Liqanın III turunun “Neftçi” ilə matçına təsadüf edib.

Ağdamlılar ev oyununda 1:2 uduzub. Bu qarşılaşmayadək öz meydanında keçirdiyi 393 görüşdə 49 dəfə xalsız qalan “Qarabağ” yubiley məğlubiyyətinə üzülüb.

Bununla həm də Ağdam təmsilçisinin 10 matçdan ibarət məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə ötən il noyabrın 22-də “Sumqayıt”la səfər qarşılaşmasında uduzub - 1:2. Son çempion dekabrın 6-dan sonra ilk dəfə qol buraxıb. Ağdamlılar “Keşlə”ylə (2:2) matçdan sonra ardıcıl 8 quru oyun keçirib.

“Qarabağ”ın həm də evdəki məğlubiyyətsizliyi sona çatıb. “Səbail”lə qarşılaşmadakı texniki nəticəni nəzərə almasaq, ağdamlılar öz meydanındakı ardıcıl 24 matçda uduzmamışdı. Qurbanovun yetirmələri sonuncu dəfə 868 gün öncə - 2018-ci il mayın 6-da “Neftçi”yə 0:1 hesabı ilə yenilib (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31