16 Mart 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu
Berdiyev: “Vacib iki xal itirdik”
"Qarabağ" "Zirə"yə qalib gəldi

Ölkə futbolu

"Qarabağ" üzərində qələbə "Molde" üçün çox vacib idi"

“Penaltilər seriyası gərgin keçdi. Hər iki komanda zərbələri dəqiq yerinə yetirəndə vəziyyət daha da gərginləşir, təzyiq artırdı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Molde”nin veteran futbolçusu Rekdal sabiq komandasının UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ı adlayaraq pley-offa yüksəldiyi oyun barədə danışarkən deyib.

52 yaşlı keçmiş yarımmüdafiəçi Azərbaycan çempionuna qalib gəlməyin "Molde" və Norveç futbolu üçün çox vacib olduğunu söyləyib:

"Mən əmin idim ki, Kristoffer Haugen komandamız üçün sonuncu penaltini dəqiq vuracaq. Çünki o,  soyuqqanlı və özünə güvənən futbolçudur. Bu qələbə koronavirus pandemiyası dövründə maliyyə baxımından da xüsusilə vacib idi. İndi isə "Molde" UEFA-dan müəyyən məbləğdə  gəlir əldə edəcək. Ona görə də bu qalibiyyət həm "Molde", həm də Norveç futbolu üçün çox dəyərlidir. Komanda Çempionlar Liqasının qrupuna düşsə, daha möhtəşəm olacaq".

Qeyd edək ki, ”Qarabağ” - “Molde” matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Norveç təmsilçisi penaltilər seriyasında Ağdam klubundan üstün olaraq, növbəti mərhələyə vəsiqəni təmin edib - 5:6.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31