27 Yanvar 2026, Çərşənbə axşamı
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də
“Qarabağ” Liverpula yollanır
Millimiz Danimarkaya qalib gəldi

Ölkə futbolu

“Zirə” üçün 8-ci oyun

“Zirə” Azərbaycan Premyer Liqasının 3-cü turunda “Sabah”la qarşılaşacaq.

Futbolxeber.az saytının klubun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş rəqiblər arasında Premyer Liqadakı 8-ci oyun olacaq.

İndiyədək “qartallar” 7 dəfə “Sabah”la üz-üzə gəlib. İlk dəfə 2018/19 mövsümündə qarşılaşan rəqiblər həmin çempionatda 4, 2019/20 mövsümündə 3 dəfə görüşüb. Son dörd matçda uduzmayan “Zirə”nin hesabında 2 qələbə və 2 heç-heçə var. Komanda 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısına 9 dəfə yol tapan futbolçular eyni sayda qol buraxıb.

Öz meydanında 5-ci dəfə bu rəqibi sınağa çəkəcək “qartallar” 1 qələbə və 1 heç-heçəyə nail olub, 2 dəfə uduzub. Evdə üç top vuran komanda 5 qol buraxıb.

Qeyd edək ki, sentyabrın 20-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Sabah” matçı saat 18:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31