6 Noyabr 2025, Cümə axşamı
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı
“Zəfər turu”nun təyinatları
UEFA reytinqi: Azırbaycanın xalı artdı

Ölkə futbolu

Aftandil Hacıyev uduza-uduza gedir

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında bu postda 50-ci oyununu keçirib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 2018-ci ilin yayında paytaxt təmsilçisinin “sükanı arxası”na keçən mütəxəssis komandanı 2018/19 mövsümünün 28, 2019/20 mövsümünün 20 matçına çıxarıb. Cari çempionatın ikinci görüşü çalışdırıcı üçün yubileylə əlamətdar olub. “Zirə” ilə görüşdəki bu yubiley 1:2 hesablı məğlubiyyətlə nəticələnib. Baş məşqçi kimi komandasını 23-cü dəfə uduzan görən Hacıyevin aktivində 17 qələbə və 10 bərabərlik var.

“ASCO Arena”dakı məğlubiyyət “Səbail” üçün uğursuz yubileylərlə də diqqət çəkib. Bakılılar evdə 20-ci, ümumilikdə 40-cı dəfə Premyer Liqa məğlubiyyəti alıb. “Zirə”nin vurduğu ilk top isə komandanın öz meydanında qapısında gördüyü 50-ci top olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30